Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukrayna müharibənin taleyini dəyişir: yeni metod

Ukrayna müharibənin taleyini dəyişir: yeni metod

Tarix: 21 Avqust 2023 16:44

Ukraynanın strateji hava üstünlüyünü təmin etmədən əks-hücuma başlaması böyük bir risk və səhv idi. Yəni hava üstünlüyü əldə olunmadan edilən əks-hücum müəyyən nəticə verə bilər, amma bədəli çox ağırdır. Ona görə də hazırda əməliyyatda gözlənilən irəliləmə yoxdur. Cəbhədə durğunlaşma müharibənin fərqli sahələrə, forma və qatlara yayılması təhlükəsini də doğurdu.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Ukraynanın Rusiya ərazisinə kütləvi PUA hücumları haqqında danışan Türkiyənin terror və təhlükəsizlik üzrə eksperti Abdullah Ağar deyib.

Ekspert hücumların arxasında Moskvanı səhv qərarlar verməyə təhrik etmək məqsədinin dayandığını qeyd edib:

"Bu mənada həm Qara dənizin qaynadığını, həm Ukraynanın Rusiya ərazisində onların əsəbini tarıma çəkəcək bir sıra taktiki həmlələr gerçəkləşdirdiyini, həm də buna cavab kimi Moskvanın "Vaqner"dən istifadə edərək vəkalət müharibəsini qızışdıra biləcəyini, taxıl sazişinin ləğvi ilə aclıq, qeyri-qanuni miqrasiya və qiymət bahalığı ilə AB daxilində qarşıdurma yaratmaq istədiyini, Baltikyanı bölgədə də vəziyyəti gərginləşdirdiyini görürük. Hazırki məqamda sadaladıqlarımız da nəzərdə alınarsa, Ukraynanın PUA hücumları taktiki səviyyədə olduğu üçün bununla hansısa strateji nəticələr əldə ediləcəyini proqnozlaşdırmıram. Ancaq hücumların Rusiya ictimaiyyəti və dövlətin qərarvericiləri üzərindəki təsiri özü ilə bir sıra strateji nəticələri gətirə bilər. Qarşılıqlı intiqam andiçmələri də bunun işarəsidir. Digər tərəfdən hansısa güclərin Rusiya şəhərlərini və mülki insanları hədəf almaqla onu astarı özündən baha başa gələcək bir hərəkata təhrik etmək planı qurması da mümkündür. Bunun Rusiyanın nüfuzunu sarsıdılması, öz ərazisini qorumaqla bağlı çətinliklərini büruzə verməsi və dövlət ağlını qarışdıraraq onu çıxılmaz qərarların qəbuluna sürüklənməsi kimi tərəfləri də var".

Ağar Ukraynanın son həftələrdə Qara dənizdə Rusiya donanmasına qarşı hücumlarından danışıb:

"Ukraynanın Qara dənizdəki həmlələri və təxminən iki həftə öncə Rusiyanın SIG gəmisini vurması da eyni məqsədi daşıyır. Bu, Rusiyanın Suriyadakı Tartus hərbi bazasına ləvazimat daşıyan, Qərbin sanksiya tətbiq etdiyi mülki görünüşlü hərbi gəmidir. Sonra yenə Ukrayna bir hücum gəmisini də vurdu. Rusiyanın hazırda Qara dənizdə ümumilikdə 4 sualtı qayığının, 2 freqatının, 10 desant gəmisinin, patrul və hücum qayıqlarının olduğunu görürük. Ukrayna Moskva kreyserini vurmaqla və İlan adasını tutmaqla Rusiyanın Odessa limanlarını vurmasını əngəllədi, indi isə Türkiyə, Bolqarıstan və Rumıniya sektorunu istifadə etməklə yeni taxıl dəhlizi formalaşdırmağa çalışır. Rusiya isə buna əngəl olmaq üçün donanmaya ehtiyac duyur. Bu, NATO adından önəmli bir həmlə deməkdir. Əlbəttə, Böyük Britaniyanın verdiyi silahların rolunu da xüsusi qeyd etmək lazımdır".

Alim Ukraynanın PUA hücumlarının Rusiyanın strateji hava gücünü təzyiq altında saxlamaq məqsədi daşıdığını vurğulayıb:

"Önəmli məsələlərdən biri də müharibə ərzində ilk dəfə Ukrayna ordusunun Novqoroddakı "Soltsı" hərbi aerodromunu vurması nəticəsində iki TU-22M3 strateji nüvə bombardmançısının məhv edilməsidir. Yenə bu gün səhər saatlarında PUA hücumu təhlükəsi ilə əlaqədar müharibə dövründə ilk dəfə Moskvada bütün hava limanlarının fəaliyyətini dayandırması digər diqqətçəkən məqamdır. Bunlar özü Ukrayna hücumlarının doğurduğu strateji nəticələrdir. Əgər istifadəsinə məhdudiyyət qoyulmasa, F-16-ların Kiyevə təhvil verilməsi halında vəziyyətin köklü surətdə dəyişmə ehtimalı var. Son hücumlar və nəticələri Rusiyanın strateji hava gücünü təzyiq altına almaq məqsədi daşıyır və müharibənin gedişatının tədricən dəyişdiyini göstərir".

Milli.Az


Etiketlər:  Ukrayna müharibənin taleyini dəyişir yeni metod


RƏYLƏR