Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Toy kortejində avtomobillərin sayı məhdudlaşdırılır

Toy kortejində avtomobillərin sayı məhdudlaşdırılır

Tarix: 29 Oktyabr 2019 03:20

Bakı. Trend:

Çeçenistanda toy kortejində iştirak edən avtomobillərin sayına məhdudiyyət qoymaq təklif edilir.

Trend-in məlumatına görə, polis hesab edir ki, toy mərasimlərindəki avtomobil karvanı yol hərəkəti iştirakçılarının təhlükəsizliyini pozur.

Amma hələ kortejdə iştirak edə biləcək avtomobillərin dəqiq sayı müəyyənləşdirilməyib.

Qeyd edək ki, Çeçenistanda toy mərasimində bəy-gəlin avtomobilini 10-larla maşın müşayiət edir. 21 oktyabrda Kurçaloysk rayonunda toy karvanındakı avtomobilin qarşı hərəkət zolağına çıxması nəticəsində baş verən qəzada qadın və 6 aylıq körpə ölüb, 7 nəfər xəsarət alıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  kortejində avtomobillərin sayı məhdudlaşdırılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ