Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Avqust 2023 13:08
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 9-10 sentyabr tarixlərində Hindistanda keçiriləcək G20 Liderlər Sammiti və ABŞ-ın Nyu-York şəhərində keçiriləcək BMT Baş Assambleyasının toplantısında xüsusi gündəmi iqlim dəyişikliyi olacaq.
Sonxeber.net-ın TurkicWorld-ə istinadən xəbərinə görə, Ərdoğan Türkiyənin iqlim dəyişikliyi ilə mübarizədə atdığı addımlar barədə məlumat verəcək.
Qeyd edək ki, R.T.Ərdoğan dünən Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada iqlim dəyişikliyi ilə mübarizənin əhəmiyyətinə də toxunaraq, Türkiyənin atılan bütün beynəlxalq addımlarda iştirak etdiyini, üzərinə düşən öhdəlikləri yerinə yetirdiyini və "2053 Net Sıfır Emissiya və Yaşıl İnkişaf" hədəfləri ilə Paris İqlim Sazişinə ən böyük töhfə verən ölkələr arasında olduğunu bildirib.