Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Göz şişkinliyini aradan qaldırmaq üçün nə edilməlidir?

Göz şişkinliyini aradan qaldırmaq üçün nə edilməlidir?

Tarix: 23 Avqust 2023 05:24

Mütəxəssislər göz şişkinliyini aradan qaldırmanın yollarını açıqlayıblar.

Milli.Az lent.az-a istinadən bildirir ki, yuxusuzluq, allergiya, kosmetik vasitələr, və bir çox digər səbəblərdən gözdə şişkinlik əmələ gələ bilər.

Xiyar

Xüsusilə yorğunluqla bağlı göz şişkinlikləri zamanı incə bir dilim xiyarı göz qapağının üzərinə qoyub 10-15 dəqiqə saxlayın. 

Buz 

Səhər oyandığınız zaman 2 buz qəlibini göz qapağına 10 dəqiqə müddətində kompres edin.

Metal qaşıq

Metal qaşığı göz qapağına yüngülcə qoyub bir az gözləyin. Bu üsul qan dövranını sürətləndirir və gözləri rahatladır.

Çiy kartof

Çiy kartofu əzin və göz qapaqlarının üzərində 15 dəqiqə saxlayıb ilıq su ilə durulayın.

Süd

Soyuq südə batırılmış pambığı göz qapağına sürtüb 10 dəqiqə gözləyin.

Milli.Az


Etiketlər:  Göz şişkinliyini aradan qaldırmaq üçün edilməlidir


RƏYLƏR