Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə neftə görə şərtlərini açıqladı

Türkiyə neftə görə şərtlərini açıqladı

Tarix: 23 Avqust 2023 14:14

Türkiyə İraqla neft axınının yenidən başlaması üçün şərtlərini açıqlayıb.

Sonxeber.net-ın TurkicWorld-ə istinadən məlumatına görə, Türkiyə ötən ay İraqın dövlət neft ixracat şirkəti olan SOMO ilə əlaqə saxlayıb və boru kəməri yenidən açılana qədər texniki baxışın tamamlanmalı olduğunu bildirib.

Qeyd edilib ki, boru kəmərində təmir işləri yenidən daşınmaya başlamazdan əvvəl tamamlanmalıdır.

"Qısa müddətdə razılığa gəlmək asan deyil, çox çətin məsələlər var. Neft axını yenidən başlamazdan əvvəl Türkiyənin tələbləri və şərtləri var, həll yolu üçün danışıqlar aparılmalıdır",- deyə İraqın neft naziri Hayyan Əbdülqəni qeyd edib.

Qeyd edək ki, dünən İraq baş nazirinin enerji məsələləri üzrə müavini və neft naziri Türkiyəyə gəlib.


Etiketlər:  Türkiyə neftə görə şərtlərini açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ