Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Vaqner” hədələdi: Biz başlayırıq, gözləyin!

“Vaqner” hədələdi: Biz başlayırıq, gözləyin!

Tarix: 24 Avqust 2023 08:44

"Vaqner" rəhbəri Yevgeni Priqojinin Moskvadan Sankt-Peterburqa uçan şəxsi təyyarənin Tverdə qəzaya düşməsi (vurulması) nəticəsində ölməsi barədə xəbərlərdən sonra vaqnerçilər video-müraciət yayıblar.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, sosial şəbəkədə yayılan müraciətdə üzü bağlı olan vaqnerçilər bildiriblər:

"Belə söhbətlər gedir ki, indiki situasiyada "Vaqner" nə ilə məşğul olacaq? Biz yalnız bir şey deyirik: Başlayırıq, bizi gözləyin!".

Qeyd edək ki, 23 avqust axşam saatlarında "Vaqner" rəhbəri Yevgeni Priqojinin olduğu şəxsi təyyarə Moskvadan Sankt-Peterburqa uçarkən Tver vilayətində qəzaya uğrayıb. Təyyarədə olan 7 sərnişin və 3 ekipaj üzvünün hamısının öldüyü bildirilir.

Təyyarənin zenit-raket kompleksi ilə vurulduğu ehtimalı yüksəkdir.

Milli.Az


Etiketlər:  Vaqner hədələdi başlayırıq gözləyin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ