Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Avqust 2023 13:30
"Barbi" filmində "Ken" obrazına həyat verən aktyor Rayan Qoslinqinin pərəstişkarlarından biri dələduzların qurbanı olub.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, sosial şəbəkədə özünü aktyorun köməkçisi kimi təqdim edən şəxs rus qadına Rayanla görüşmək şərəfinə nail olan adlar arasında yer aldığına inandırıb. Bundan sonra onun səyahət üçün ödəniş etməli olduğunu vurğulayıb. Qadın həmin şəxsin hesabına kreditlə götürdüyü 300 min rubl (təxminən 5000 manatdan çox) pul vəsaiti köçürüb.
Həmin şəxs qadından əlavə 200 min rubl (təxminən 4000 manata yaxın) da tələb etdikdən sonra o, şübhələnib və polisə müraciət edib.
Faktla bağlı artıq cinayət işi açılıb.