Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan cüdo tarixinin ilk qadın dünya çempionu

Azərbaycan cüdo tarixinin ilk qadın dünya çempionu

Tarix: 24 Avqust 2023 20:16

Azərbaycanın qadın cüdoçusu Xədicə Qədəşova Xorvatiyanın paytaxtı Zaqrebdə yeniyetmələr arasında dünya çempionatında qızıl medal qazanıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 52 kiloqram çəki dərəcəsində fəxri kürsüyə qalxan idmançı Azərbaycan cüdo tarixinin ilk qadın dünya çempionu olub.

O, final görüşündə Fransa təmsilçisi Alisya Pulanjı məğlub edərək bu titula sahib çıxıb.

Qeyd edək ki, finalda uduzan Məhəmməd Musayev (60 kiloqram) və Əbil Yusubov (66 kiloqram) isə gümüş medalla kifayətləniblər.

Milli.Az


Etiketlər:  Azərbaycan cüdo tarixinin ilk qadın dünya çempionu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ