Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Avqust 2023 08:28
"Google" "Android" smartfon istifadəçilərinə telefon nömrəsini tez köçürmək funksiyasını təklif edəcək.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə "9to5Google" nəşri məlumat yayıb.
Məqalə müəllifləri "Android"in yeni versiyasının kodunu araşdırarkən, orada eSIM tarifinin bir smartfondan digərinə sadələşdirilmiş ötürülməsi funksiyasını tapıblar.
Bununla bağlı görüntülərə əsasən, istifadəçilərə yeni qadceti quraşdırarkən onlara cihazın ekranında görünən QR kodu skan etmək təklif olunacaq. Bu halda, eSIM nömrəsinin köhnə telefonla əlaqəsi kəsiləcək və yenisinə təyin ediləcək.
Materialda deyilir ki, gələcəkdə telefon istifadəçiləri fiziki SİM kartlardan tamamilə imtina edə biləcəklər.