Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Avqust 2023 12:08
Ukrayna Silahlı Qüvvələri Rusiyanın işğal altındakı Krım yarımadasına hücum edib.
Sonxeber.net "report"a istinadən bildirir ki, 126-cı Əlahiddə Mühafizə Sahil Müdafiə Briqadasının hərbi hissəsinə zərbələr endirilib.
Nəticədə üç nəfər ölüb, çox sayda insan yaralanıb.
Əməliyyatın təfərrüatları məlum deyil.
Xatırladaq ki, Ukrayna kəşfiyyatçıları Rusiyanın 2014-cü ildə ilhaq etdiyi yarımadada avqustun 24-də xüsusi əməliyyat keçirib.