Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Android”ə telefon nömrələri ilə bağlı möhtəşəm funksiya gəlir - FOTO

“Android”ə telefon nömrələri ilə bağlı möhtəşəm funksiya gəlir - FOTO

Tarix: 25 Avqust 2023 15:16

"Google" "Android" smartfon istifadəçilərinə telefon nömrəsini tez köçürmək funksiyasını təklif edəcək.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "9to5Google" nəşri məlumat yayıb.

Məqalə müəllifləri "Android"in yeni versiyasının kodunu araşdırarkən, orada eSIM tarifinin bir smartfondan digərinə sadələşdirilmiş ötürülməsi funksiyasını tapıblar.

Bununla bağlı görüntülərə əsasən, istifadəçilərə yeni qadceti quraşdırarkən onlara cihazın ekranında görünən QR kodu skan etmək təklif olunacaq. Bu halda, eSIM nömrəsinin köhnə telefonla əlaqəsi kəsiləcək və yenisinə təyin ediləcək.

Materialda deyilir ki, gələcəkdə telefon istifadəçiləri fiziki SİM kartlardan tamamilə imtina edə biləcəklər.

Milli.Az


Etiketlər:  Androidə telefon nömrələri ilə bağlı möhtəşəm funksiya gəlir FOTO


RƏYLƏR