Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Avqust 2023 17:30
Pivə istehsalçısı olan "Heineken" şirkəti Rusiyadakı aktivlərini, o cümlədən yeddi pivə zavodu və 1 800 işçisini simvolik qiymətə - bir avroya satıb.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə şirkətdən məlumat verilib.
"Heineken" Rusiyadakı biznesinin satışını təxminən bir avro dəyərində simvolik məbləğ üzrə rəsmiləşdirdi", - deyə alkoqol istehsalçısının rəsmi saytında bildirilib.
Əlavə edilib ki, biznesin tərkibinə yeddi pivə zavodu və 1 800 işçi daxildir. Satış Rusiyanın qablaşdırma və kosmetika şirkəti olan "Arnest Group" şirkəti ilə həyata keçirilib. Həmçinin vurğulanıb ki, bu razılaşma 18 aylıq danışıqlardan sonra tamamlanıb.