Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukrayna Prezident Ofisi: “Rusiya ordusu strateji mövqelərini itirmək həddinə çatıb”

Ukrayna Prezident Ofisi: “Rusiya ordusu strateji mövqelərini itirmək həddinə çatıb”

Tarix: 26 Avqust 2023 11:48

"Rusiya ordusu strateji mövqelərini itirmək həddinə çatıb".

Milli.Az "Report"a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak deyib.

Onun sözlərinə görə, yaxın vaxtlarda danışıqlara çağırış və yaxud silah tədarükünün dayanıdırılması ilə bağlı məsələ gündəmə gətirilə bilər.

"Rusiya müdafiə xətti dağılmağa başlayır. Ukrayna ordusu müəyyən uğurlarla cənuba doğru irəliləyir. Atəş nəzarəti altında olan "Krım quru dəhlizi"nə nəzarəti ələ keçirməyə bir addım da yaxınlaşır. Rusiyanın bütün dəstək xətləri, o cümlədən dəmir yolu xətləri təhlükə altındadır", - deyə M.Podolyak bəyan edib.

Milli.Az


Etiketlər:  Ukrayna Prezident Ofisi Rusiya ordusu strateji mövqelərini itirmək həddinə çatıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ