Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda qadın özünü Kürə atmaq istədi - Qəribə səbəb

Azərbaycanda qadın özünü Kürə atmaq istədi - Qəribə səbəb

Tarix: 27 Avqust 2023 00:04

Zərdab rayonunda özünü Kür çayına atmağa cəhd edən ana və övladının vəziyyəti yaxşıdır.

Bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Komitədən bildirilib ki, faktla bağlı araşdırma aparılır.

Komitənin məlumatında o da qeyd edilib ki, aidiyyəti qurumların və ailənin açıqlamasına əsasən, hadisə qısqanclıq zəminində baş verib. Belə ki, özünü çaya atmaq istəyən xanım həyat yoldaşının onunla maraqlanmadığını, ailəsinə qarşı laqeyd münasibət bəslədiyni bildirib və intihara cəhd etmək istəyib.

Ərazidə xidmət aparan polis əməkdaşlarının sayıqlığı nəticəsində intihara cəhdin qarşısı alınıb.

Ailə komitə tərəfindən də nəzarətə götürülüb, bütün zəruri tədbirlər görülməkdədir.


Etiketlər:  Azərbaycanda qadın özünü Kürə atmaq istədi Qəribə səbəb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ