Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ hərbçilərini daşıyan helikopter qəzaya düşdü

ABŞ hərbçilərini daşıyan helikopter qəzaya düşdü

Tarix: 27 Avqust 2023 11:08

ABŞ-nin 20 dəniz piyadasının olduğu helikopter Avstraliyanın Melvil adasında qəzaya uğrayıb.

Göyərtəsində ABŞ dəniz piyadalarının olduğu hərbi helikopter Avstraliyanın şimalında Predator's Run 2023 təlimi zamanı qəzaya uğrayıb. Qəza zamanı itkin düşən əsgərlərin axtarışları davam edir.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Pentaqon məlumat yayıb.

Bildirilib ki, "Predator's Run 2023" təlimləri zamanı hərbi helikopterlə bağlı insident baş verib: "İlkin məlumatlara görə, insident zamanı ABŞ Müdafiə Nazirliyinin əməkdaşları xəsarət alıb. Avstraliya hərbçiləri helikopterdə olmayıb".

Hadisə yerində xilasetmə işləri davam edir.

Zərərçəkənlərlə bağlı məlumat verilmir.

Milli.Az


Etiketlər:  ABŞ hərbçilərini daşıyan helikopter qəzaya düşdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ