Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zelenskinin planına görə, Melitopol alınmalı idi... - Ritter

Zelenskinin planına görə, Melitopol alınmalı idi... - Ritter

Tarix: 28 Avqust 2023 08:26

Zaporojye vilayətində Ukraynanın 82-ci kəşfiyyat-hücum briqadası böyük itkilər verir.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu ABŞ Silahlı Qüvvələrinin keçmiş kəşfiyyatçısı Skot Ritter deyib.

"Çallenger" tankları, piyada döyüş maşınları və digər texnikası olan 82-ci hava-kəşfiyyat-hücum briqadası indi Rabotino yaxınlığında böyük itkilər verir", - o bildirib.

Ritter qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı tam iflasa uğrayır, çünki Ukrayna qoşunları cəbhədə heç nəyi dəyişə bilmir və ehtiyatları tükənir.

Keçmiş kəşfiyyatçının sözlərinə görə, Ukrayna komandanlığı Silahlı Qüvvələrinin son üç strateji ehtiyat briqadasını Zaporojye istiqamətinə göndərib:

"Ukrayna Prezidenti Vladimir Zelenskinin planına görə, onlar Melitopolu almalı idilər, lakin Rusiya Silahlı Qüvvələrinin ilk müdafiə xəttini belə keçə bilməyiblər".


Etiketlər:  Zelenskinin planına görə Melitopol alınmalı Ritter


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ