Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukrayna 84 hərbçinin cəsədini qaytardı

Ukrayna 84 hərbçinin cəsədini qaytardı

Tarix: 29 Avqust 2023 16:22

Ukrayna Rusiya ilə müharibədə həlak olan 84 hərbçinin cəsədini qaytarıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ukraynanın Müvəqqəti İşğal Edilmiş Ərazilərinin Yenidən İnteqrasiya Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Rusiya tərəfindən müvəqqəti işğal olunmuş ərazilərdən meyitlərin repatriasiyası Cenevrə Konvensiyasının normalarına uyğun olaraq həyata keçirilib.

Həmçinin əlavə olunub ki, cəsədlər şəxsiyyəti müəyyən edildikdən sonra dəfn olunmaq üçün yaxınlarına təhvil veriləcək.

Milli.Az


Etiketlər:  Ukrayna hərbçinin cəsədini qaytardı


RƏYLƏR