Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Avqust 2023 17:00
Xalq artisti Elmira Rəhimova uzun aradan sonra ilk dəfə görüntülənib.
Sonxeber.net axşam.az-a istinadən məlumat verir ki, bu barədə jurnalist Əli Novruzəliyev sosial media hesabında paylaşım edib.
Səhhəti ilə bağlı açıqlama verən E.Rəhimova hazırda müalicə aldığını bildirib:
"Hamı üçün darıxmışam. Səhhətim yaxşıdır, müalicə alıram. Özümü xəstəliklərdən qorumağa çalışıram.
Efirləri izləyirəm. Müğənnilərin mənim mahnılarımı oxuduğunu görəndə sevinir, fərəhlənirəm".
Qeyd edək ki, avqustun 13-də Elmira Rəhimovanın 82 yaşı tamam olub.