Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyənin hərbi hücum gəmisi atışlarını uğurla tamamlayıb

Türkiyənin hərbi hücum gəmisi atışlarını uğurla tamamlayıb

Tarix: 29 Avqust 2023 17:50

Türkiyənin hərbi hücum gəmisi "TCG Anadolu Phalanx" qapalı hava hücumundan müdafiə sistemi atışlarını uğurla tamamlayıb.

Sonxeber.net-ın TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, "TCG Anadolu"nun uzunluğu 231 metr, eni isə 32 metrdir. Yükdaşıma qabiliyyəti 27 min 436 ton olan gəmi ən azı 20,5 knot maksimum sürətlə və 16 knot iqtisadi sürətdə işləyə bilər.

Gəmi 13 tank, 27 zirehli amfibiya hücum maşını (ZAHA), altı zirehli personal daşıyıcısı, 33 müxtəlif texnika və 15 qoşqu olmaqla, ümumilikdə 94 nəqliyyat vasitəsini göyərtəsində daşıya bilir.

Gəminin uçuş göyərtəsinə 10 helikopter və ya 11 PUA yerləşdirilə, anqarda isə 19 helikopter və ya 30 PUA daşına bilər. Gəmi 1223 şəxsi heyəti qəbul edəcək. Təyyarədə tam təşəkküllü xəstəxana və iki əməliyyat otağı da var.

Gəminin tikintisinə 2015-ci ildə başlanılıb. "Bayraktar TB3" hücum dronlarının ölkənin ən böyük hərbi gəmisinin göyərtəsində yerləşdirilməsi ilə bağlı iş bu il yekunlaşacaq.

Bundan əlavə, "Hürjet" döyüş təlim təyyarəsi də gəminin platformasına enə biləcək.


Etiketlər:  Türkiyənin hərbi hücum gəmisi atışlarını uğurla tamamlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ