Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Avqust 2023 23:20
Xəbər verdiyimiz kimi, aparıcı Çinarə Əliyeva qonaq olduğu "Özəl" verilişində müğənni Nura Surinin onun toyundan inciyib getdiyini açıqlayıb.
Sonxeber.net bizim media-ya istinadla xəbər verir ki, Nura sosial şəbəkə hesabında sözügedən qalmaqallı məsələyə aydınlıq gətirib.
Nura bildirib ki, Çinarənin toyunda oturmağa yer tapmadığına görə, həyətdə oturmaq məcburiyyətində qalıb: "Çinarə, toyunda oturmağa yer yox idi. Həyətdə ayrı masa götürüb oturmuşduq. Gərək küsüb gedərdim. Bunu deməyin mənası nə idi ki? Qonaqların çoxu yer tapmadığı üçün toydan çıxıb getdilər. Sənə sual verilib ki, "kim toya gəlmədi?" Mənim adımı niyə deyirsən ki? Gərək mən də saymayıb, toyuna gəlməzdim".
Qeyd edək ki, Ç.Əliyeva sözügedən proqramda "Müğənni Nura Suri toyumdan küsüb getdi. Nura üçün üç masa dəyişdirdik. Yenə də narazı oldu. Nuranın xasiyyəti belədir də, hər şeydən narazıdır. Şəbnəm Tovuzlu toyuma gəlməsə də, qızını göndərmişdi.
Ceyhun Qala da mənə sonra dedi ki, toyumdan küsüb gedib. Çünki mənə dedilər ki, orada yox, burada otur. Müğənnilərə toydan əvvəl demişdim ki, ürəyiniz harada istəsə, orada oturun" sözlərini dilə gətirmişdi.