Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Elcan: "Yerli icra orqanından bir nəfər də gəlmədi"

Elcan:

Tarix: 31 Avqust 2023 15:25

Xəbər verdiyimiz kimi, aparıcı-aktyor Elcan Rəsulov yaşadığı binanın blokundakı vəziyyətdən şikayətlənmişdi.

Milli.Az axşam.az-a istinadən bildirir ki, binanın baxımsız vəziyyətdə olmasından yararlanan şəxslərin blokda narkotikdən istifadə etdiyini bildirən aktyorun şikayətini polis artıq nəzarətə götürüb. Bu barədə Elcan sosial şəbəkədə paylaşım edib:

"Başda Bakı Şəhər Baş Polis İdarəsi olmaqla, Yasamal Rayon Polis İdarəsi və ərazi üzrə 26-cı Polis Bölməsinin bütün əməkdaşlarına binamızın sakinləri adından təşəkkür edirəm!

Həmişə olduğu kimi məsələyə yalnız polis reaksiya verdi. Nə yerli icra orqanından, bələdiyyəsindən, nə də MKİS-dən bir nəfər də gəlmədi ki, bizim ərazidir, görəsən, bura niyə bu gündədir? Yaxşı ki, bu ölkənin polisi var, yoxsa dərdimizi özümüz deyib, özümüz eşidərik".

Milli.Az


Etiketlər:  Elcan Yerli icra orqanından bir nəfər gəlmədi


RƏYLƏR