Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Sentyabr 2023 23:55
Xalq artisti Röya Ayxanın Konqres Mərkəzində keçirilən canlı solo konserti baş tutub.
Sonxeber.net bizim media-ya istinadla xəbər verir ki, peşəkar rəqqasların və musiqiçilərin müşayiəti ilə səhnəyə çıxan sənətçi 14/41 albomunda yer alan "Biri var" mahnısını səsləndirib.
İlk ifasını yekunlaşdırdıqdan sonra estrada ulduzu əynindəki pencəyi çıxararaq, yerə atıb. Həmin an konsertin rejissoru Ranar Musayev Röyanın qulağına pencəyi deyil, şalvarını çıxarmalı olduğunu deyib.
Müğənni dərhal səhvini səhnədə düzəltməyə çalışıb. Pencəyi geyinən Röya belinə kəmərlə bərkidilən şalvarı asanlıqla əynindən çıxarıb.
Röyanın səhnədəki bu şıltaqlığı və səmimiyyəti onu seyr etməyə gələn tamaşaçılar tərəfindən gülüş və alqışla qarşılanıb.
Həmin görüntüləri təqdim edirik: