Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Öyünmək olmasın, 30 il qabağı görürəm - Japarov

Öyünmək olmasın, 30 il qabağı görürəm - Japarov

Tarix: 2 Sentyabr 2023 01:36

Öyünmək olmasın, amma ölkənin necə olacağını, necə inkişaf edəcəyini 20-30 il qabaqcadan görə bilirəm.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov deyib.

Onun sözlərinə görə, əksər hallarda ölkənin inkişafı ilə bağlı proqnozları özünü doğruldur. Japarov belə bir qabiliyyətin ona Tanrıdan verildiyini də istisna etməyib.

"Qırğızıstan indi hadisələrin 100 ildən sonrakı gedişatını proqnozlaşdıra bilən mütəxəssislərə ehtiyac duyur. Məhz bu məqsədlə ölkədə "Akılman" prezident liseyi açılıb. Bu təhsil ocağına ölkənin hər yerindən istedadlı və ağıllı uşaqlar qəbul olunur. Bu liseyə 7-ci sinfə keçdikdən sonra daxil olmaq mümkündür. Ali təhsil aldıqdan sonra lisey məzunları dövlət qulluğuna qəbul olunurlar", - Japarov bildirib.

Milli.Az


Etiketlər:  Öyünmək olmasın qabağı görürəm Japarov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ