Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Barbi'' və ''Oppenheimer'' filmlərinə Rusiyada QADAĞA

''Barbi'' və ''Oppenheimer'' filmlərinə Rusiyada QADAĞA

Tarix: 2 Sentyabr 2023 03:34

Rusiyada "Barbi" və "Oppenheimer" filmlərinə qadağa qoyulub.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, ölkənin Mədəniyyət Nazirliyi sözügedən filmlərin nümayişinə icazə verməsini təklif edən Dövlət Dumasının vitse-spikeri Vladislav Davankovun sorğusunu belə cavablayıb:

"Barbi" və "Oppenheimer" filmləri dövlət başçısının ənənəvi rus mənəvi-əxlaqi dəyərlərinin qorunub saxlanılması və möhkəmləndirilməsi ilə bağlı qarşıya qoyduğu məqsəd və vəzifələrə cavab vermir".

Həmçinin, bunun qadağaların qəbul edilməsində yeganə səbəb olmadığı vurğulanıb. Bildirilib ki, Rusiya daha keyfiyyətli və kifayət qədər çox film istehsal edir və onların izlənilməsi daha məqsədə uyğundur.

Nazirliyin bu qərarı yerli mütəxəssislər və kinoşünaslar tərəfindən birmənalı qarşılanmayıb.


Etiketlər:  Barbi Oppenheimer filmlərinə Rusiyada QADAĞA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ