Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur model plastik cərrahiyyə əməliyyatından sonra öldü - FOTO

Məşhur model plastik cərrahiyyə əməliyyatından sonra öldü - FOTO

Tarix: 2 Sentyabr 2023 08:54

Argentinalı model və aktrisa Silvina Luna 43 yaşında uğursuz plastik əməliyyatın yaratdığı fəsadlardan dünyasını dəyişib.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, bu barədə TN telekanalı məlumat yayıb.

Luna, uğursuz plastik cərrahiyyə əməliyyatı nəticəsində pisləşən səhhətinə görə xəstəxanada təxminən üç ay qalıb. 
Avqustun ortalarında səhhətində qısamüddətlik yaxşılaşmadan sonra model yenidən reanimasiya şöbəsinə köçürülüb. 
Telekanalın məlumatına görə, həkimlər modeli xilas etməyin mümkün olmadığını təsdiqlədikdən sonra yaxınları onu oksiken aparatından ayırmağa məcbur olub.

Aktrisa 2010-cu ildə plastik cərrah Anibal Lotokinin ombasına metakrilat yeritdikdən sonra inkişaf etdirdiyi xroniki böyrək çatışmazlığı yaşayırdı.

2022-ci ildə bir həkim sağlamlığa yüngül xəsarət yetirməkdə ittiham edilərək 4 il müddətinə azadlıqdan məhrum edilib. 
Luna realiti şoularda iştirak etməklə şöhrət qazanıb. Televiziya şoularında oynayıb, aparıcı və model kimi çalışırdı.


Etiketlər:  Məşhur model plastik cərrahiyyə əməliyyatından sonra öldü FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ