Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Sentyabr 2023 22:46
"Həftə ərzində Ermənistan silahlı qüvvələri 8 itki verib: bunlardan 3-ü döyüş, 5-i qeyri-döyüş şəraitində baş verib".
Sonxeber.net musavat.com xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin deputatı Tiqran Abramyan öz feysbuk səhifəsində yazıb.
"Hazırda hərbi əməliyyatların qurbanları mövzusunu nəzərdən keçirmirəm, çünki vəziyyət gərgindir, bu, başqa təhlil məsələsidir. Bir həftə ərzində təhlükəsizlik şərtlərinin pozulmasından tutmuş, şəxsiyyətlərarası problemlərə qədər müxtəlif şəraitdə 5 itki ilə üzləşdik. Komandirlərin taqımda, rotada, taborda müxtəlif vəzifələrdən uzaqlaşdırılması, sərt töhmətlərin verilməsi məni qane etmir, çünki əsas problem burada deyil.
Qeyri-döyüş itkilərinin sayı artır və buna paralel reallıqda hakimiyyət generallara poqonlar, ulduzlar və vəzifələr paylayır. Təbii ki, əgər belə hərbi dövrün baş komandanı Paşinyandırsa, o zaman bütün bunların baş verməsi möcüzə sayılmamalıdır", - deyə Abramyan qeyd edib.