Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həbs həyatı görən Fədayədən Rəşad Dağlı ilə bağlı PAYLAŞIM

Həbs həyatı görən Fədayədən Rəşad Dağlı ilə bağlı PAYLAŞIM

Tarix: 4 Sentyabr 2023 08:05

Müğənni Fədayə Laçın ötən gün həbs olunan meyxanaçı Rəşad Dağlı ilə bağlı paylaşım edib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, Rəşadın dediyi şeiri yayımlayan sənətçi bunları yazıb:

"Bir şair ömrü də belə getdi. Allah qapını açsın, Rəşad. İnşallah, sənə də rəhm edər Allah, sənətinə görə çətin işlərin asana çevrilər. Dualarımızdasan, Xızının qartalı. İnsanda bəxt yaxşı şeydir".

Qeyd edək ki, meyxanaçı 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi qətlə yetirib. Hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsində gecə saatlarında qeydə alınıb. Hadisəni törətdikdən sonra Rəşad Dağlı Yasamal rayonu Polis İdarəsinə gələrək təslim olub və qətli törətməsini etiraf edib. Mübahisəyə səbəb İsgəndər Mehtiyevin meyxanaçıya zəng edərək söyüş söyməsi olub.

Xatırladaq ki, F.Laçın da bir neçə il əvvəl həbs olunmuş və 5 il azadlıqdan məhrum edilmişdi. O, daha sonra əfv olunub və qısa müddətdə azadlığa çıxıb.

Milli.Az


Etiketlər:  Həbs həyatı görən Fədayədən Rəşad Dağlı ilə bağlı PAYLAŞIM


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ