Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukraynanın indiyədək aldığı hərbi yardımın həcmi açıqlandı

Ukraynanın indiyədək aldığı hərbi yardımın həcmi açıqlandı

Tarix: 4 Sentyabr 2023 17:04

2022-ci il fevralın 24-də Rusiya-Ukrayna münaqişəsi başlayandan sonra Kiyev müttəfiqlərindən müxtəlif hərbi yardımlar şəklində təxminən 100 milyard dollar alıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna mətbuatına müsahibəsində ölkənin müdafiə naziri Aleksey Reznikov bildirib.

O, 50 milyard dollardan artıq vəsaitin ABŞ tərəfindən verildiyini və bu rəqəmin 60 milyard dollara yaxınlaşdığını vurğulayıb.

Bundan əlavə, Reznikov qeyd edib ki, Ukrayna Müdafiə Nazirliyinin bütün büdcəsi əsasən hərbçilərin maddi təminatına, eləcə də müxtəlif kompensasiyalara xərclənir.


Etiketlər:  Ukraynanın indiyədək aldığı hərbi yardımın həcmi açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ