Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Sentyabr 2023 20:30
"Rusiya Ukrayna taxılını bazara çıxaran və bununla da qlobal ərzaq böhranını yüngülləşdirən "Taxıl sazişi"nin bərpasına hazırdır".
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Soçidə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, bunun üçün Rusiyanın qida məhsullarına sanksiyaların aradan qaldırılması kifayətdir:
"Rusiya taxıl müqaviləsini bərpa etməyə hazırdır və bütün razılaşmalar yerinə yetirilən kimi bunu edəcək", - deyə o bildirib.
O, həmçinin Rusiyanın emal üçün Türkiyəyə bir milyon ton taxıl göndərəcəyini bildirib.
"Biz Rusiyadan 1 milyon ton taxılın emal üçün güzəştli qiymətlə Türkiyəyə tədarükünü, daha sonra isə yoxsul ölkələrə pulsuz daşınmasını təşkil etmək niyyətindəyik", - deyə Putin bildirib.
O, vurğulayıb ki, bir neçə həftə ərzində Rusiya Afrikanın altı ölkəsinə pulsuz taxıl tədarük etməyə başlayacaq.