Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Saçları korlayan 6 pis VƏRDİŞ

Saçları korlayan 6 pis VƏRDİŞ

Tarix: 4 Sentyabr 2023 21:33

Dermatoveneroloq Yuldız Acıqulova qadınlara saçları korlayan altı vərdişi açıqlayıb.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, ilk növbədə, həkim yüksək temperatura məruz qalmağı, düzgün olmayan qulluq və sıx saç düzümlərini qeyd edib. Sonuncu halda, mütəxəssis saçın güclü dartılmasının dartma alopesiyasına səbəb olduğunu bildirib.

Bundan əlavə, qeyri-sağlam qidalanma, həmçinin tütün məmulatları və spirtli içkilərin istifadəsi görünüşü pisləşdirə bilər. Həkimin sözlərinə görə, qeyd olunan pis vərdişlərdən qurtulmaq, balıq, yumurta və tərəvəzləri gündəlik rasiona daxil etmək lazımdır. Eyni zamanda, Acıqulova deyib ki, bəzi hallarda əlavə olaraq selen, dəmir və kükürd olan qidalar tövsiyə edilə bilər.


Etiketlər:  Saçları korlayan VƏRDİŞ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ