Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qarabağdakı sülhməramlılara yeni komandan təyinatı - RƏSMİ

Qarabağdakı sülhməramlılara yeni komandan təyinatı - RƏSMİ

Tarix: 4 Sentyabr 2023 22:08

Qarabağdakı Rusiya sülhməramlı kontingentinə yeni komandan təyin edilib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, sentyabrın 3-dən general-mayor Kirill Kulakov Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandiri vəzifəsinə gətirilib.

O, bu vəzifədə 2023-cü ilin aprelində təyin olunmuş Aleksandr Lentsovu əvəzləyib.

Kirill Kulakov 2017-ci ilin martından Kazan Ali Hərbi Komandanlıq Məktəbinə rəhbərlik edir. 2010-cu illərin ortalarında o, tank və motoatıcı briqadalara komandirlik edib. General "Vətənə xidmətə görə" IV dərəcəli "Qılıncla", "Şücaət, Şərəf" ordeni, II dərəcəli "Vətənə xidmətə görə" medalı ilə təltif edilib.

Milli.Az


Etiketlər:  Qarabağdakı sülhməramlılara yeni komandan təyinatı RƏSMİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ