Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Aş-Şabab”ın 40-dan çox silahlısı məhv edildi

“Aş-Şabab”ın 40-dan çox silahlısı məhv edildi

Tarix: 5 Sentyabr 2023 09:10

Somalidə hökumət qüvvələri "Aş-Şabab" radikal qruplaşmasına qarşı əməliyyat keçirib, 43 silahlı məhv edilib.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə Somalinin İnformasiya Nazirliyi məlumat yayıb.

Əməliyyat Qalmuduq əyalətində silahlıların sığınacaqlarının olduğu iki yaşayış məntəqəsində həyata keçirilib.

Terrorçuların istifadə etdiyi üç avtomobil də ələ keçirilib.

Qeyd edək ki, "Aş-Şabab" 2004-cü ildə Somalidə yaradılıb. Onun 10 minə qədər silahlısı var, onlar əsasən ölkənin mərkəzi və cənub bölgələrində fəaliyyət göstərir.


Etiketlər:  Şababın çox silahlısı məhv edildi


RƏYLƏR