Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Erik Kantona Azərbaycan millisindən və ''Qarabağ''dan danışdı

Erik Kantona Azərbaycan millisindən və ''Qarabağ''dan danışdı

Tarix: 5 Sentyabr 2023 12:50

"Marsel", "Mançester Yunayted" klubların şərəfini qorumuş Fransa millisinin sabiq hücumçusu Erik Kantona Marseldə İdman.biz-ə eksklüziv müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Sizi Marseldə görmək xoş oldu, Marselə nə üçün gəlmisiniz?

- Mən Marseldənəm, burda evim, yaxınlarım var, xatirələrim var, məncə, təəccüblü bir şey yoxdur.

- Nyu-Yorkda yaşadığınızı bilirdim...

- Orda da evim var.

- Kofe ilə balıqlı burger yeyirsiniz, dadlar qarışmır?

- Xeyr, ahəng təşkil edir, ecazkar dadı var.

- Hazırda nə işlə məşğulsunuz?

- Yaşıl meydanlardan kənardayam, "ağ xəttin" görünməyən tərəfində.

- Səbəb nədir?

- Futbolda kifayət qədər uğur qazanmışam, 2 qitəni birləşdirmişəm. İndi başqa işlər var.

- Mən Azərbaycanlıyam, Azərbaycan millisi ilə oyunda sizi görmüşəm.

- Mən Azərbaycana gəlməmişəm axı...

- O zaman milli komandamız oyunlarını Türkiyənin Trabzon şəhərində keçirirdi...

- Yadıma düşdü, biz qalib gəlmişdik. Hətta sizin qapıçı ilə toqquşdum həmin oyunda, səhv etmirəmsə daha sonra qapıçı əvəzləndi.

- Həmin oyunla bağlı hansı xatirələriniz var?

- Çox az məqamlar yadımda qalıb, hava çox pis idi, ot örtüyü də bərbad...

- Azərbaycan millisinin futbolçularından kimi xatırlayırsınız?

- Heç kimi.

- Heç biri öz oyunu ilə sizi cəlb etməyib?

- Mənim üçün karyeram ərzində 4-5 futbolçu öz oyunu ilə cəlb edib.

- Hansı oyunçular valeh edib?

- Zidan, Bekhem, Ronaldo Nazario.

- Hazırda Azərbaycan futbolu haqda nələr bilirsiniz?

- Bircə onu bilirəm ki, ötən illərdə sizin komanda ("Qarabağ" - red.) "Marsel"lə rəqib olmuşdu, başqa heç nə bilmirəm.

- "Marsel"ə azarkeşlik edirsiniz?

- Əlbəttə.

- İndi nə işlə məşğulsunuz?

- Kofe ilə balıqlı burger yeyirəm. (gülür)


Etiketlər:  Erik Kantona Azərbaycan millisindən Qarabağdan danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ