Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyəli rejissor faciəli şəkildə öldü - FOTO

Türkiyəli rejissor faciəli şəkildə öldü - FOTO

Tarix: 6 Sentyabr 2023 14:35

Türkiyəli rejissor Abdulkadir Ceylan Ede üzmək üçün girdiyi "Sapanca" gölündə boğularaq həyatını itirib.

Milli.Az lent.az-a istinadən bildirir ki, qayıqla "Sapanca" gölünə gedən 3 dostdan biri Albulkadir Ceylan Ede üzmək üçün suya atılıb. Bir müddət çimdikdən sonra boğulma təhlükəsi ilə üzləşən Ede dostları tərəfindən sudan çıxarılıb. Edenin dayanan ürəyi təcili yardımda olan sağlamlıq qrupları tərəfindən CPR ilə yenidən işə salınıb. Abdulkadir Ceylan Ede ilk müdaxilənin ardından Sakarya Təhsil və Araşdırma Xəstəxanasına sövq edilərək buradan Sapanca İlçe Dövlət Xəstəxanasına qaldırıldı. Reanimasiya şöbəsində müalicə alan Abdulkadir Ceylan Ede dünyasını dəyişib. Onun cənazəsi doğulduğu "Eskişehir" ə göndərilib.

Milli.Az


Etiketlər:  Türkiyəli rejissor faciəli şəkildə öldü FOTO


RƏYLƏR