Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Oktyabr 2019 22:30
Bakı. Trend:
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Azərbaycana səfərə gəlib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, S.Şoyqunun səfərinin məqəsdi oktyabrın 30-u Bakıda onun sədrliyi ilə keçiriləcək MDB-yə üzv olan ölkələrin Müdafiə Nazirləri Şurasının iclasında iştirak etməkdir.
Nazirin mətbuat katibi Rossiyana Markovskaya bildirib ki, iclasda müdafiə və hərbi təhlükəsizlik sahəsində qarşılıqlı əlaqəli bir sıra məsələlər nəzərdən keçiriləcək: "2019-cu ildə hərbi sahədə əməkdaşlığın yekunlarını, həmçinin MDB-yə üzv olan dövlətlərin 2025-ci ilədək hərbi əməkdaşlıq konsepsiyası layihəsini nəzərdən keçirtmək planlaşdırılır".
R.Markovskaya əlavə edib: "Hərbi fəaliyyətlərin topoqrafik, metroloji, informasiya təminatı sahəsində və digər sahələrdə qərarlar veriləcək".
Qeyd edək ki, sabah keçiriləcəkə MDB-yə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının iclasında həmçinin Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan Müdafiə Nazirliklərinin nümayəndə heyətləri də iştirak edəcəklər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin