Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Harri Potter sevənlərə şad xəbər - Yenidən...

Harri Potter sevənlərə şad xəbər - Yenidən...

Tarix: 7 Sentyabr 2023 09:20

İngilis yazıçısı C.K.Roulinqin yazdığı "Harri Potter" fantastik roman seriyası 8 filmi ilə dünyada böyük pərəstişkar kütləsi qazanıb. Serialın ilk üç bölümü sentyabrın 8-də yenidən tamaşaçıları sevindirəcək.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Rolingin 7 kitablıq "Harri Potter" seriyası həm kitabları, həm də filmləri ilə dünyada böyük bir fenomenə çevrilməyi bacarıb. Baş rollarda Daniel Radcliffe, Emma Vatson və Rupert Grintin çəkildiyi serial yenidən ekranlara çıxacaq.

Serialın ilk üç filmi sentyabrın 8-də seçilmiş kinoteatrlarda nümayiş olunacaq. "Harri Potter və Sehrbazın Daşı", "Harri Potter və Sirlər Otağı" və "Harri Potter və Azkaban Məhbusu" filmləri illər sonra yenidən kinoteatrlarda nümayiş olunacaq.

"Harri Potter" seriası və çıxış tarixləri

"Harri Potter və Fəlsəfə Daşı" - 16 noyabr 2001-ci il

"Harri Potter və Sirlər Palatası" - 15 noyabr 2002-ci il

"Harri Potter və Azkaban Məhbusu" - 18 sentyabr 2004-cü il

"Harri Potter və Od Qədəhi" - 31 avqust 2005-ci il

"Harri Potter və Feniks ordeni" - 27 iyul 2007-ci il

"Harri Potter və Qan Şahzadəsi" - 15 iyul 2009-cu il

"Harri Potter və Ölüm Yadigarları: 1-ci hissə" - 17 noyabr 2010-cu il

"Harri Potter və Ölüm Yadigarları: 2-ci hissə" - 13 iyul 2011-ci il

Milli.Az


Etiketlər:  Harri Potter sevənlərə şad xəbər Yenidən


RƏYLƏR