Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Sentyabr 2023 19:56
Türkiyə 2023-cü ilin yanvar-avqust aylarında İrana elektrik avadanlıqları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz azaldaraq, 110,4 milyon dollara çatdırıb.
Sonxeber.net xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Avqust ayında Türkiyə İrana elektrik avadanlıqları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 21,8 faiz azaldaraq, 12,4 milyon dollara çatdırıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-avqust aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 faiz artaraq, 10,6 milyard dollara çatıb.
Bu ilin avqust ayında Türkiyə 1,4 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 11,9 faiz çoxdur.
Son 12 ay ərzində (avqust 2022-avqust 2023) Türkiyə 16,1 milyard dollar məbləğində elektrık avadanlıqları ixrac edib.