Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Sentyabr 2023 11:28
Sevastopol sakini "Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin və komandir Dmitri Utkinin həmin şəhərdə qurulan abidəsini dağıdıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın "Baza Telegram" kanalı məlumat yayıb.
Belə ki, 21 yaşlı rusiyalı şəxs Priqojin və Utkinin portretlərini və Rusiya bayrağını təpiklə vuraraq dağıdıb.
Şahidlərin qışqırmasından sonra vətəndaş hadisə yerindən qaçıb.
Hazırda həmin şəxs polis tərəfindən saxlanılıb.