Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Sentyabr 2023 22:08
Xəbər verdiyimiz kimi, türkiyəli müğənni İrem Derici ilə sevgilisi Atakan İsıktutan ayrılıb.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, ifaçı məsələ ilə bağlı açıqlama yayıb. O, ayrılıq xəbərlərini təsdiqləyib:
"Atakanla 8 ay möhtəşəm münasibət yaşadıq. Mənim üçün hələ də dünyanın ən qiymətli insanıdır. Lakin çox ağır iş qrafikimiz var. Bir-birimizə vaxt ayıra bilməyəcək hala gəldik. Bu səbəbdən ayrılmaq qərarı aldıq. Mənə heç vaxt yaşamadığım sevgini bəxş etdiyin üçün təşəkkür edirəm. Yaxşı və ya pis günündə ilk zəng edəcəyin insan mənəm bundan sonra".