Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ Navalnını Qərbdə həbsdə olan rusiyalılarla dəyişə bilər

ABŞ Navalnını Qərbdə həbsdə olan rusiyalılarla dəyişə bilər

Tarix: 11 Sentyabr 2023 07:48

ABŞ Rusiyada həbsdə olan müxalifət lideri Aleksey Navalnını Qərbdə həbsdə olan rusiyalılarla dəyişə bilər.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" anonim mənbələrə istinadən yazıb.

Qeyd olunub ki, Rusiya ilə Qərb arasında çoxtərəfli məhbus mübadiləsi çərçivəsində digər rusiyalı müxalifətçilər, həmçinin "WSJ"in jurnalisti Evan Qerşkoviç azad oluna bilər. Mübadilə nəticəsində vətənə qayıda biləcək rusiyalılar arasında Almaniyada ömürlük həbs cəzası çəkən Vadim Krasikov da var.

2020-ci ilin avqustunda Navalnının uçduğu təyyarə təcili olaraq Omska eniş edib və siyasətçi oradan xəstəxanaya aparılıb. Həkimlər əsas diaqnozun metabolik pozğunluq olduğunu bildiriblər. Daha sonra Navalnı Almaniyaya aparılıb, alman həkimləri onun "Noviçok" qrupunun maddələrindən zəhərləndiyini bəyan ediblər.

Xatırladaq ki, Aleksey Navalnı "dələduzluq və məhkəməyə hörmətsizlik" ittihamı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 45 yaşlı siyasətçi bir ildən çoxdur həbsdədir.


Etiketlər:  ABŞ Navalnını Qərbdə həbsdə olan rusiyalılarla dəyişə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ