Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vejnəlidə meyit qalıqları ekshumasiya edilib - RƏSMİ

Vejnəlidə meyit qalıqları ekshumasiya edilib - RƏSMİ

Tarix: 11 Sentyabr 2023 12:36

Qubadlı rayonunun Məlikəhmədli kəndində və Zəngilan rayonunun Vejnəli kəndində Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərə məxsus olması ehtimal olunan insan meyitinin qalıqları ekshumasiya edilib, həmin meyit qalıqları ilə bağlı məhkəmə-tibbi kriminalistik və məhkəmə molekulyar-genetik ekspertizaları təyin edilərək icraya yönəldilib və digər zəruri hərəkətlər yerinə yetirilib.

Milli.Az xəbər verir ki, bu barədə Hərbi Prokurorluğun yaydığı məlumatda deyilir.

"Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən xalqımıza qarşı törədilmiş sülh və insanlıq əleyhinə olan, müharibə, terrorçuluq, qəsdən adam öldürmə və digər cinayət faktları ilə bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 103-cü (Soyqırım), 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə), 120.2.12-ci (Milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) və digər maddələri ilə istintaq olunan cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir", - açıqlamada bildirilib.

Qeyd olunub ki, qanunvericiliyin və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.

Milli.Az


Etiketlər:  Vejnəlidə meyit qalıqları ekshumasiya edilib RƏSMİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ