Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Müdafiə Nazirliyi MƏLUMAT YAYDI

Müdafiə Nazirliyi MƏLUMAT YAYDI

Tarix: 11 Sentyabr 2023 23:45

Sentyabrın 11-i saat 22:00-dan 22:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Cil və İmirli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Əyrivəng, Göyəli və Qaravəllər yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan bir neçə dəfə atəşə tutub.

Bu barədə Milli.Az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb.

Milli.Az


Etiketlər:  Müdafiə Nazirliyi MƏLUMAT YAYDI


RƏYLƏR