Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Sentyabr 2023 10:04
Türkiyədə vəfat etmiş və cənazəsi Gəncəyə gətirilərək dəfn edilən sabiq baş nazir, 1993-cü ildə iyun qiyamına başçılıq etmiş Surət Hüseynova məzardaşı qoyulub.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı barədə Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı foto paylaşıb.
Fotodan görünür ki, S.Hüseynovun məzardaşının üzərinə onun Azərbaycanın Milli Qəhrəmanı olması yazılıb.
Həmçinin başdaşına epiqraf kimi bu sözlər yazılıb: "Vətənimi, dövlətimi, millətimi, xalqımı çox sevdiyim üçün sevənlərim də, məni qısqanan düşmənlərim də çox oldu!"
Qeyd edək ki,Surət Hüseynov bu il avqustun 1-də İstanbulda müalicə olunduğu xəstəxanada vəfat edib. O, Gəncə şəhərindəki 4 saylı qəbiristanlıqda, valideynlərinin məzarı yanında torpağa tapşırılıb.