Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Sentyabr 2023 16:39
Qazaxıstan Azərbaycanın suverenliyinə və beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünə qətiyyətli dəstəyini ifadə edib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: "Qarabağ ətrafında baş verən son hadisələrlə əlaqədar olaraq, Qazaxıstan Respublikası Azərbaycan Respublikasının suverenliyinə və beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünə qətiyyətli dəstəyini bir daha təsdiqləyir və bütün məsələlərin BMT-nin Nizamnaməsinə, beynəlxalq hüququn əsas norma və prinsiplərinə uyğun olaraq siyasi-diplomatik yolla həllinə tərəfdar olduğunu bildirir".