Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qanunsuz əməllərinə heyvanları alət edirlər - ATƏT-dəki daimi nümayəndə

Qanunsuz əməllərinə heyvanları alət edirlər - ATƏT-dəki daimi nümayəndə

Tarix: 12 Sentyabr 2023 17:18

Qanunsuz erməni silahlı dəstələri partlayıcı maddələr daşımaq üçün itlərdən istifadə etməklə hərbi təxribatlarını davam etdirirlər.

Bu barədə Azərbaycanın ATƏT-dəki daimi nümayəndəsi Rövşən Sadıqbəyli "X" (tvitter) sosial şəbəkə hesabında yazıb.

"Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minaaxtaran itlərdən istifadə etdiyi halda, Azərbaycan ərazisində hələ də mövcud olan qanunsuz erməni silahlı dəstələri partlayıcı maddələr daşımaq üçün itlərdən istifadə etməklə hərbi təxribatlarını davam etdirirlər. Prioritetlər arasındakı fərqi hiss edin", - deyə o əlavə edib.

Xatırladaq ki, sentyabrın 11-i saat 08:30 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri ordumuzun Xocavənd rayonu istiqamətində döyüş növbətçiliyi aparan hərbi qulluqçularına qarşı itdən sui-qəsdçi kimi istifadə etməklə terror aktı törətməyə cəhd göstəriblər.

Belə ki, qeyri-qanuni erməni silahlı dəstələri itin üzərinə uzaqdan idarə olunan əldəqayırma (improvizə edilmiş) partlayıcı qurğu bağlayaraq mövqelərimiz istiqamətində hərəkət etməyə məcbur ediblər.

Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində erməni silahlılarının terror-təxribat əməlinin miqyasını böyütmək və şəxsi heyətə daha çox xəsarət yetirmək məqsədilə mövqelərimizə daxil olan itin üzərindəki əldəqayırma partlayıcı qurğunu işə salmaq cəhdinin qarşısı alınıb.

Milli.Az


Etiketlər:  Qanunsuz əməllərinə heyvanları alət edirlər ATƏT dəki daimi nümayəndə


RƏYLƏR