Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Sentyabr 2023 22:40
"İnter Mayami"nin və Argentina millisinin hücumçusu Lionel Messi Fort Lauderdale sahilində 10,8 milyon dollar dəyərində malikanə alıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "The Real Deal" məlumat yayıb.
Malikanə okeanın sahilində yerləşir, 8 yataq otağı, spa otağı, idman zalı, hovuzu var. Malikanə Drayv Pink Stadionundan və argentinalı hücumçunun hazırkı komandasının məşq meydançasından təxminən 5 mil aralıda yerləşir.
Malikanə özü 1988-ci ildə tikilib və 2000-ci ildə genişləndirilib. Qeyd edilir ki, əvvəlki sahiblər bu malikanəni 9 milyon dollara alıb, Messiyə isə 10,8 milyon dollara satıblar.