Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyə Rusiya və Ukraynaya yeni səfir təyin etdi

Türkiyə Rusiya və Ukraynaya yeni səfir təyin etdi

Tarix: 14 Sentyabr 2023 10:00

Türkiyə Rusiya və Ukraynaya yeni səfir təyin edib.

Milli.Az-ın TurkicWorld-ə istinadən məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu barədə qərarı "Rəsmi Qəzet"də yayımlanıb.

Məlumata əsasən, Tanju Bilgiç Türkiyənin Rusiyadakı səfiri, Mustafa Levent Bilgen isə Ukraynadakı səfiri təyin olunub.

Qeyd edək ki, Türkiyənin Moskvadakı səfiri vəzifəsini daha öncə Mehmet Samsar, Kiyevdəki səfiri vəzifəsini isə Yağmur Ahmet Güldere icra edib.

Milli.Az


Etiketlər:  Türkiyə Rusiya Ukraynaya yeni səfir təyin etdi


RƏYLƏR