Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Erməni separatçılar arasında silahlı toqquşma olub

Erməni separatçılar arasında silahlı toqquşma olub

Tarix: 14 Sentyabr 2023 11:14

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətindəki ərazilərdə silahlı erməni separatçılar arasında bu gecə toqquşma olub.

⏺Silahlı insident sabiq Ağdərə rayonunun mərkəzində yaşanıb.

⏺Qarabağlı erməni separatçılarının "10-cu Müdafiə Xətti" adlandırdıqları və qərargahı Təpəkənddə yerləşən "Yexnikner" ("Marallar") dəstəsinin komandiri Karen Calavyanın müavini Aram Serobyana 2 atəş açılıb.
A.Serobyanın vəziyyətinin ağır olduğu bildirilir.

⏺Atışmada A.Serobyanın sürücüsü və hücum edən şəxslərdən iki nəfər ağır yaralanıb.

⏺İlkin məlumatlara görə, hücum edənlərin Əsgəran yaxınlığındakı silahlı dəstənin mənsubları olduğu bildirilir.
Həmin dəstə Xankəndindəki xuntanın yeni rəhbəri Samvel Şahmalyanı dəstəkləyir.

Milli.Az


Etiketlər:  Erməni separatçılar arasında silahlı toqquşma olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ