Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ ordusunun iki generalı Ermənistana gedib

ABŞ ordusunun iki generalı Ermənistana gedib

Tarix: 15 Sentyabr 2023 11:30

ABŞ ordusunun iki generalı hazırda davam edən "EAGLE PARTNER 2023" hərbi təlimləri çərçivəsində Ermənistana səfər ediblər.

Milli.Az xəbər verir ki, bu barədə məlumatı ABŞ-nin Ermənistandakı səfirliyi yayıb. 

Məlumata görə, general-mayor Qreqori Anderson və briqada generalı Patrik Eli ABŞ səfiri Kristina Kvin ilə birgə təlimləri izləyiblər. 

Xatırladaq ki, Ermənistan ərazisində ABŞ ilə birgə keçirilən hərbi təlimlər sentyabrın 11-i başlayıb və ayın 20-nə qədər davam edəcək. Təlimlərdə 175 erməni və 85 amerikalı hərbçi iştirak edir.

Milli.Az


Etiketlər:  ABŞ ordusunun iki generalı Ermənistana gedib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ