Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Sentyabr 2023 18:02
ABŞ 2024-cü ildə ölkədə terror təhlükəsinin yüksək səviyyədə qalacağı və xaricdə fəaliyyət göstərən radikal qrupların öz əvvəlki təsirlərini bərpa etməyə çalışacağını proqnozlaşdırır.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə ABŞ Daxili Təhlükəsizlik Departamentinin məlumatında deyilir.
"Departament ABŞ-da radikallaşmış şəxslərdən zorakılıq təhlükəsinin yüksək səviyyədə qalacağını, lakin əsaslı şəkildə dəyişməyəcəyini, ilk növbədə tək cinayətkarların və ya kiçik qrupların hücumları şəklində özünü göstərəcəyini gözləyir", - deyə bildirilir.
Məlumata görə, ABŞ-ın antiterror səyləri öz nəticəsini versə də, Vaşinqton Əl-Qaidə və İŞİD kimi beynəlxalq terror qruplarının əvvəlki nüfuzlarını bərpa etməyə və xaricdən hücumlar təşkil etməyə cəhd göstərəcəyini ehtimal edir.